b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_photo_73409d.png

Bakının küçə və prospektlərində piyadaların hərəkətinə nəzarət edən post-patrul xidməti əməkdaşlarının fəaliyyəti dayandırılıb.

Aparılan müşahidələr zamanı piyadaların hərəkətinə nəzarət edən və bu zaman yolu müəyyən olunmamış yerdən keçənləri saxlayan post-patrul xidmətinin əməkdaşlarının son günlər gözə dəymədiyi məlum olub.

Missiya.Az xəbər verir ki, bununla bağlı APA-nın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, ötən ilin mart ayından Daxili İşlər nazirinin əmri ilə piyadalar tərəfindən yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması məqsədi ilə Bakı şəhərinin rayon polis idarələrinin, eləcə də respublikanın digər şəhər və rayon polis orqanlarının post-patrul xidməti əməkdaşlarına yol patrul xidməti inspektorlarına aid olan səlahiyyətlər verilib: “O vaxt belə bir qərarın verilməsinə ehtiyac var idi. Lakin post-patrul xidməti əməkdaşlarının qayda pozanları saxlayaraq protokollar tərtib etməklə onları cərimələmələri piyadaların vaxt itkilərinə, bəzən də narazılıqlarına səbəb olurdu. Bütün bunları nəzərə alan Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov bu günlərdə müvafiq əmr imzalayıb. Əmrə əsasən, post-patrul nizami hissələri əməkdaşlarına verilmiş yol patrul xidməti inspektorlarına aid olan səlahiyyətlərə xitam verilərək qanunla müəyyən olunmuş vəzifələrinin icrasını davam etdirmək üçün onlar daimi xidmət yerlərinə qaytarılıblar”. 

E.Zahidov həmçinin qeyd edib ki, nazir V.Eyvazov insanların həyatını, təhlükəsizliyini yol-nəqliyyat hadisələrindən daha etibarlı qorunması və bu sahədə nəzarətin müasir texniki vasitələrin imkanlarından geniş istifadə edilməklə həyata keçirilməsi barədə Daxili İşlər Nazirliyinin aidiyyəti qurumlarına müvafiq tapşırıqlar verib.



01 İyun 2020 BNA: Maskasız sərnişinlər ictimai nəqliyyata buraxılmayacaq
22 May 2020 Bu marşrut xətti Baku Bus-a keçdi
21 May 2020 Nazirlik pensiyalarla bağlı məlumat yaydı
20 May 2020 Təhsil Nazirliyindən VACİB AÇIQLAMA
19 May 2020 Prezidentdən şəhid ailələrinə ŞAD XƏBƏR
14 May 2020 Yaşı 40-dək olan şəxslərin nəzərinə - Bu gündən başlanır
13 May 2020 Kommunal xərclərlə bağlı yenilik – Adambaşına düşən limit artırılır
12 May 2020 Prezident sərəncam imzaladı
12 May 2020 Metro və avtobusda maskaya görə cərimənin məbləği bilindi
12 May 2020 İctimai nəqliyyatda maska taxmayanlar cərimələnəcək
12 May 2020 190 manat birdəfəlik ödəmə növbəti aylarda da veriləcək? - RƏSMİ CAVAB
08 May 2020 Hava şəraiti kəskin dəyişəcək - Nazirlikdən xəbərdarlıq
08 May 2020 Bu yolda hərəkət məhdudlaşdırıldı – RƏSMİ
07 May 2020 190 manatı ala bilməyən narazı şəxslərin nəzərinə - Bu formada müraciət edin - VİDEO
07 May 2020 SON DƏQİQƏ! Vilyam Hacıyevin prokuror oğlu İŞDƏN ÇIXARILDI
05 May 2020 Umayra Tağıyeva rekord istilərdən danışdı
01 May 2020 Azərbaycanda 10 gün ərzində koronavirusla bağlı vəziyyət gərginləşə bilər - AÇIQLAMA
28 Aprel 2020 Hava ilə bağlı xəbərdarlıq - Sabahın havası
24 Aprel 2020 49 mənzili olan şəxs 190 manat almaq üçün müraciət edib - İNANILMAZ
24 Aprel 2020 Poçt şöbələrinin iş vaxtı uzadıldı