AZ   |   RU
"Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişi bağlanacaq" - Marko Rubio

"Ümid edirik ki, Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişi bağlanacaq".


Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Prezident Donald Trampın Nazirlər Kabinetinin iclasında deyib.


Rubio İrəvanla Bakı arasında sülh sazişinin əldə olunması ehtimalını Tramp administrasiyasının 6 aydan az müddətdə əldə etdiyi nailiyyətlərdən biri adlandırıb.


"Sizin rəhbərliyinizlə Hindistan və Pakistan arasında müharibənin qarşısını aldıq və sona çatdırdıq. Tarixdə ilk dəfə olaraq NATO-nun payı 5%-ə çatdı ki, bu da tarixdə ən yüksək göstəricidir. Konqo Demokratik Respublikası ilə Ruanda arasında sülh sazişi. Dünyada yeganə ölkə olaraq bizim həyata keçirə biləcəyimiz Amerika əməliyyatı ilə sona çatan 12 günlük müharibə.


Ümid edirəm ki, tezliklə Azərbaycanla Ermənistan arasında da sülh sazişi bağlanacaq",-  Rubio Donald Trampa müraciət edərək deyib.


Elcan

Missiya.Az



  • Bu gün, 08:37