AZ   |   RU
Azərbaycanda dövlət xəttilə ipoteka kreditləşməsinin sığorta məhsullarının satışına təsiri açıqlanıb

 

Azərbaycanda dövlət xəttilə ipoteka kreditləşməsi çərçivəsində bu il iyulun 1-nə qədər 49 270 əmlak sığortası satılıb.

Missiya.Az xəbər verir ki, bunu İpoteka və Kredit Zəmanət Fondunun baş meneceri Rasim Abdullayev bildirib.

Onun sözlərinə görə, bunun da 8 609-u bu ilin I yarısının payına düşüb.

"2022-ci ildə 11 135 ədəd, 2023-cü ildə 13 668 ədəd, 2024-cü ildə isə 15 858 ədəd əmlak sığortası realizə edilib. Bundan başqa, iyunun sonuna qədər ipoteka kreditləri ilə bağlı 20 436 həyat sığortası satılıb ki, onun da 2 686-sı isə bu ilin payına düşüb. 2022-ci ildə 6 158 ədəd, 2023-cü ildə 6 363 ədəd, 2024-cü ildə isə 5 229 ədəd həyat sığortası realizə edilib. Son 4 ildə Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditləri üzrə ümumilikdə 18,6 min əmlak qiymətləndirilib", - deyə R.Abdullayev əlavə edib.




  • Bu gün, 11:29