AZ   |   RU
ABŞ sülh müqaviləsinin imzalanması üçün İrəvana təzyiqləri artırıb - Ermənistan mətbuatı

ABŞ sülh müqaviləsinin tez bir zamanda imzalanması üçün Ermənistana təzyiqləri artırıb.


Missiya.Az xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.


Bildirilib ki, ABŞ Prezidenti Donal Trampın administrasiyası İrəvan və Bakıya tranzit yolların bağlanması və nəzarəti ilə bağlı təkliflər verib, burada dəhlizə Amerika şirkəti vasitəsilə nəzarət etmək variantı da müzakirə olunub.


Qeyd edək ki, bu ayın sonunda Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Dubayda görüşü gözlənilir. 

 

 

Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 11:40