AZ   |   RU
Aİ Ukraynaya dəstək üçün 100 milyard avro ayırmaq niyyətindədir - KİV

Rusiya və Ukrayna arasındakı müharibənin bitməsi üçün heç bir irəliləyiş yoxdur. Bununla bağlı Avropa İttifaqı (Aİ) Kiyevi dəstəkləmək üçün 100 milyard avroluq fond yaratmağı düşünür.


Missiya.Az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.


Bildirilib ki, pul Aİ-nin ayın sonunda təqdim edilməli olan növbəti yeddi illik büdcə təklifinin bir hissəsini təşkil edə bilər.


Əgər bloka daxil olan ölkələr büdcə sazişləri çərçivəsində bunu təsdiq etsələr, Ukraynaya sabit maliyyə yardımını saxlamaq üçün 2028-ci ildən maliyyə ayrılmağa başlayacaq.


Qeyd olunub ki, yeni maliyyələşdirmə sazişi Avropa Komissiyasının qrantlar və ucuz kreditlər vasitəsilə Ukraynaya yardım göstərdiyi mövcud modelə uyğun olacaq.


Bununla belə, bu ideya digər variantlarla yanaşı nəzərdən keçirilir və növbəti çoxillik maliyyə çərçivəsinin təfərrüatları dərc olunmazdan əvvəl müzakirə olunacaq. 



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 09:52