AZ   |   RU
İsraillə müharibədən sonra Tehran Azərbaycanla münasibətləri yenidən qurmağa başlayıb - İran mətbuatı

İran və İsrail arasında 12 gün davam edən silahlı qarşıdurma bölgədə diplomatik dinamikanı kəskin dəyişdirdi. İranın raket və pilotsuz uçuş aparatları ilə verdiyi sərt cavab, onun çəkindirmə qabiliyyətini açıq nümayiş etdirdi. 


Missiya.Az xəbər verir ki, bu barədə “Pana” saytı yazı dərc edib.


Bildirilib ki, bu proseslər fonunda Tehran diplomatik aktivliyini artıraraq, qonşu ölkələrlə, xüsusilə Azərbaycanla münasibətləri yenidən qurmağa başlayıb. 


Qeyd olunub ki, Azərbaycanın neytral mövqe tutması və açıq şəkildə İranla dostluq münasibətlərinə sadiq olduğunu bəyan etməsi, iki ölkə arasında gərginliyin azalmasına səbəb olub.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 11:29