
Qəzzadakı fələstinlilər ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahunun iki milyondan artıq anklav sakininin qonşu ölkələrə köçürülməsi ilə bağlı mübahisəli ideyasını qəti şəkildə rədd ediblər.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, məsələ ilə bağlı “Reuters” xüsusi reportaj yayımlayıb.
“Bu bizim torpağımızdır, kimə buraxacağıq, hara gedəcəyik?” 45 yaşlı fələstinli Mənsur Əbu əl-Xeyr, təxminən iki ildir davam edən müharibə nəticəsində viran qalmış bölgəyə baxaraq deyib.
Bu həftənin əvvəlində Tramp və Netanyahu “qonşu ölkələrlə əməkdaşlığı” tərifləyərək mübahisəli köçürmə planını müzakirə etdiklərini təsdiqləyiblər. Netanyahu jurnalistlərə deyib ki, fələstinlilərin Qəzzada qalmaq və ya tərk etmək “seçimi olmalıdır”. O, ABŞ və İsrailin "fələstinlilərə daha yaxşı gələcək" vermək üçün digər ölkələrlə birlikdə işlədiklərini söyləyib.
İordaniya və Misir əvvəllər planı rədd etmişdilər və insan haqları qrupları bunun faktiki məcburi köçkünliyə səbəb ola biləcəyi barədə xəbərdarlıq etmişdilər. BMT-nin İnsan Haqları Bürosunun sözçüsü Ravina Şamdasani “Bu, məcburi köçkünlük baxımından ciddi narahatlıq doğurur” demişdi.
Bir çox fələstinlilər üçün köçkünlük həssas məsələdir. Onlar sözügedəm köçürülmə planı ilə barışmayacaqlarını deyirlər.
Elcan
Missiya.Az