b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1000x669.jpg

Azərbaycan Prezidenti İlham Əliyev bir daha dünya ictimaiyyətinin diqqətini Ermənistan tərəfindən atəşkəs rejimindən istifadə qaydalarının pozulmasına yönəldərək, Soçidə keçirilən “Valday” forumunda bəyan edib ki, erməni əsgərlər Azərbaycanın günahsız dinc sakinlərini güllələməkdə davam edir.  

“Ermənistanın Azərbaycana qarşı hərbi aqressiyası bu gün də davam edir. Dünən münaqişə zonasından uzaq, Azərbaycan Ermənistan sərhədində yerləşən Qazax rayonunun dinc sakini erməni snayperləri tərəfindən öldürülüb. Həmçinin, deməliyəm ki, 2016-cı ilin aprelində hərbi təxribat zamanı aralarında uşağın – qızın da olduğu Azərbaycanın altı dinc sakini öldürülüb”, - Azərbaycan dövlətinin başçısı “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında vurğulayıb.

İ.Əliyev qeyd edib ki, hazırda Ermənistanın işğal olunmuş torpaqlarında azərbaycanlılar yoxdur, “işğal altındakı ərazilərin böyük hissəsində torpaqlar, evlər, məktəblər, ictimai binalar dağıdılıb”.

“Ermənistan baş nazirinin təəccüblü açıqlamasına toxunmaq istərdim. Təəccüb təkcə Azərbaycandan deyildi, “Valday” forumu çərçivəsində Rusiya Federasiyası tərəfindən də oxşar reaksiya verilib. Beləliklə, bəyanat sözbəsöz belədir: Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə. Birincisi, yüngül desək, bu, yalandır. Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”, - prezident bəyan edib. 

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan avqustun əvvəlində Xankəndində çıxışı zamanı deyib ki, Dağlıq Qarabağ Ermənistandır. Beləliklə, o, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə dair ATƏT-in Minsk Qrupunun iştirakı ilə 25 ildən bəri davam edən danışıqları kənara qoymağa çalışıb. Bu danışıqlar Ermənistan qoşunlarının bütün işğal olunmuş ərazilərdən çıxarılması və azərbaycanlıların öz yurdlarına qayıtması şərti ilə Azərbaycan Respublikası daxilində Dağlıq Qarabağa yüksək muxtariyyət statusu verilməsini nəzərdə tutur.

Beləliklə, N.Paşinyan 30 il sonra Xankəndində Dağlıq Qarabağı Ermənistana birləşdirməklə bağlı çağırışı təkrarlayıb. Həmin çağırış XX əsrin sonlarında Azərbaycana qarşı müharibə başlanmasına, Azərbaycan ərazilərinin işğalı və bir milyona yaxın azərbaycanlının evlərindən qovulmasına səbəb olub. 

Azərbaycan dövlət başçısının “Valyday” klubunun iclasında çıxışı diqqətəlayiqdir ki, İlham Əliyev aralarında Rusiya, Qazaxıstan, Filippin prezidentləri və İordaniya kralı olan intellektual və idarəedici elita olan auditoriya qarşısında çıxış edib. Bəyanat “Şərqin şəfəqi və dünya siyasi sistemi” mövzulu forumda səsləndirilib. Və demək, Soçidə danışan prezidentlər dünya idarəetmə elitasının bir hissəsidir, fikirləri çox vacib olan güclü dövlətlərin rəhbərləridir.

Yəni, əgər erməni baş nazir daxili auditoriyaya hesablanan populist bəyanatını “yüksək səslə” kənd icması qarşısında edibsə, Azərbaycan prezidentinin buna cavabı elit beynəlxalq forumun səhnəsindən gəlib və bütün beynəlxalq ictimaiyyət tərəfindən dinlənilib. 

N.Paşinyanın ünvanına sərt tənqidlər bundan əvvəl rəsmi Moskva tərəfindən də səsləndirilib. Belə ki, Rusiya Xarici İşlər naziri Sergey Lavrov Soçidə bildirib ki, hazırda Qarabağ münaqişəsi tərəfləri arasında heç bir dialoq yoxdur. O, bu vəziyyətə görə Ermənistanın hazırkı rəhbərliyini günahlandırıb.

“Tərəflər ciddi bəyanatlarla çıxış edir, “Qarabağ Ermənistandır” (N.Paşinyanın sitatı – red.) fikri də səsləndirilib. Bu siyasi prosesin yenidən başlaması üçün şəraitin yaradılmasına kömək etmir. Siyasi proses dayanıb və bu prosesi yerindən tərpətmək alınmır. Əlaqələr var, amma nizamlama ilə bağlı dialoq hələlik bərpa olunmayıb”, - S.Lavrov “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında çıxışı zamanı deyib və əlavə edib ki, Moskva Qarabağ münaqişəsi zonasında “hər hansı genişmiqyaslı fəaliyyətin” bərpasına imkan verməmək üçün bacardığı hər şeyi edəcək.

Yəni rəsmi Moskva erməni baş nazirin hərəkətindən çaşqınlığını açıq şəkildə bildirir. Heç kimə sirr deyil ki, N.Paşinyana bu gün nə Kremldə, nə də Ağ Evdə üstünlük verilmir. Və erməni baş nazirin “Valday” forumuna çağırılmaması da təsadüfi deyil.

Həftənin əvvəlində V.Putin Avrasiya İqtisadi Birliyinin iclasında iştirak etmək üçün Yerevana gedib. Bir çox media qurumu Rusiya dövlət başçısının N.Paşinyana qarşı soyuq münasibətinin çılpaq gözlə göründüyünü qeyd edib.

09 Dekabr 2019 “İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir” – Gürcüstan Prezidenti
04 Dekabr 2019 İlham Əliyev və Mehriban Əliyeva “Bakutel-2019” sərgisi ilə tanış oldular
03 Dekabr 2019 Sergey Lavrovdan Qarabağ açıqlaması: "Kompromis üçün imkanlar var”
02 Dekabr 2019 Prezident Dilarə Seyidzadəyə orden təqdim edib - FOTO
28 Noyabr 2019 Hədəf daha qüdrətli, daha rifahlı Azərbaycandır! - Əli Həsənovun yazısı
25 Noyabr 2019 "Müstəqil Azərbaycanda böyümüş gənclər komandası var" - Mehriban Əliyeva
22 Noyabr 2019 Ədliyyə Nazirliyi: "Bələdiyyələr yaradılan imkanların heç 50 faizindən istifadə etmir"
19 Noyabr 2019 Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik rüzgarı - Türkiyə mətbuatı
18 Noyabr 2019 Aİ rəsmisi: "Şərq Tərəfdaşlığına dair yeni təkliflər irəli sürüləcək"
14 Noyabr 2019 Prezident Allahşükür Paşazadəyə “Heydər Əliyev” ordeni təqdim etdi
13 Noyabr 2019 Tramp Ərdoğana 100 milyard dollar qarşılığında S-400-dən imtina etməyi təklif edib
12 Noyabr 2019 Milli Məclisdə 8 deputat yeri boşdur
08 Noyabr 2019 Bayrağımız - milli qürur mənbəyimiz - Əli Həsənov yazır
06 Noyabr 2019 “Əli İnsanov insanları işdən qovurdu, “qanun mənəm” deyirdi” - Siyavuş Novruzov
05 Noyabr 2019 Rəcəb Tayyib Ərdoğan: "Qərb ölkələri erməni terroruna münasibət bildirmirlər"
04 Noyabr 2019 ABŞ Azərbaycanın güc strukturlarına “5” qiyməti verdi
01 Noyabr 2019 Nazirlik bu şəxslərin pensiya artımları ilə bağlı məlumat yaydı
30 Oktyabr 2019 İslahatlara qarşı çıxanlar cəzalandırılacaq - Əli Həsənov
29 Oktyabr 2019 Rəsmi Bakı David Tonoyanı “xəstə” adlandırdı
28 Oktyabr 2019 Prezidentdən yeni - SƏRƏNCAM