b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1581577354_nerminnnfd.jpg
"Tovuz rayonunda azyaşlının qəsdən öldürülməsi faktı üzrə yayılan anonim informasiyalar istintaq-əməliyyat qrupuna təqdim olunub və tam, hərtərəfli araşdırılır”.
 
Missiya.Az xəbər verir ki, bunu Modern.az-a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib.
 
 
Onun sözlərinə görə, hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir:
 
"Sosial şəbəkələr və bəzi internet saytlarında yayılmış anonim videomaterialda adıçəkilən şəxslərin ifadələri alınır”.
 
Mərhum Nərmin Quliyevanın nənəsi Minayə Quliyeva Modern.az-a deyib ki, kənddə olmadığı üçün videoda adı çəkilən Altay Ələkbərov və digər şəxslərdən məlumatsızdır:
 
"Biz də ekspertizanın cavabını gözləyirik. Baş Prokurorluq nə məlumat versə, ona inanırıq, əlavə bir söz deyə bilmərəm. Şayiələr yazırlar, insanlarda çaşqınlıq yaradırlar”.
 
Nərminin atası Şərif Quliyev saytımıza Altay Ələkbərovun kənddə olduğunu deyib:
 
"Altay istintaqa cəlb olunmayıb. İstintaqa cəlb olunan olunub, Altay niyə istintaqa cəlb olunmalıdır? Baş Prokurorluq deyir, günhakar İlkindir, ona görə onu saxlayıblar. O videodan sonra da Altayla üz-üzə gəlməmişik. Mən dövlətimə güvənirəm. Siz nə bilirsiniz, mən də onu bilirəm”.
 
Qeyd edək ki, sosial şəbəkələrdə ötən il Tovuz rayonunda itkin düşmüş 10 yaşlı Nərmin Şərif qızı Quliyevanın qətli ilə bağlı səs yazısı yayılıb. Naməlum şəxs Nərminin qatilinin İlkin Süleymanov olmadığını iddia edir. O bildirir ki, qətli törədən kənd sakini Altay Ələkbərovdur.
 
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
20 Fevral 2020 MSK nəticəsi ləğv edilən dairələrlə bağlı görəcəyi tədbirləri açıqladı
20 Fevral 2020 Azərbaycanda təhlükəli virusun yayıldığı kənddən görüntülər - VİDEO
19 Fevral 2020 Əhali ən çox bu rayonların polisindən narazıdır - SİYAHI
19 Fevral 2020 Prezidentə şikayətlərin artdığı və azaldığı rayonların adları - SİYAHI
19 Fevral 2020 Gəncədə baş vermiş dəhşətli qəzanın görüntüləri yayıldı - VİDEO
18 Fevral 2020 Onlar təkrar seçkidə eyni dairəni seçə bilməz?
18 Fevral 2020 Tovuzda bəy öz toyunda uşaqlıq arzusunu reallaşdırdı - VİDEO
17 Fevral 2020 MSK-nın iclası keçirilir - Bu dairə ilə bağlı qərar verildi
17 Fevral 2020 Baş prokuror rəisi işdən ÇIXARDI
17 Fevral 2020 Pərviz "Survivor"da komanda yoldaşını qorudu, DAVAYA DÜŞDÜ - VİDEO
14 Fevral 2020 Rasim Balayevdən üzücü xəbər - Ağır əməliyyat olundu
14 Fevral 2020 Eldar Əzizovdan YENİ TƏYİNAT - FOTO
12 Fevral 2020 Deputat seçilən Nigar Arpadarai istefa verir
12 Fevral 2020 Etiraz aksiyasında xəsarət alanlarla bağlı məlumatlara polisdən reaksiya
11 Fevral 2020 Türkiyənin 5 şəhid verməsindən sonra Əsəd ordusuna ağır zərbə vuruldu - VİDEO
11 Fevral 2020 DİN seçki ilə bağlı videogörüntülərə münasibət bildirdi
11 Fevral 2020 Cahangir Hacıyevin cəzası azaldıldı - QƏRAR
10 Fevral 2020 Milli Məclisin ilk iclasını Fəttah Heydərov aparacaq
10 Fevral 2020 Trampı öldürmək üçün Ağ Evə gələn şəxs saxlanılıb
09 Fevral 2020 Azərbaycanda ən çox qar hara yağıb? - FAKTİKİ HAVA