b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_rrrrrrsae.jpg

“Dağlıq Qarabağda yaşayan ermənilər narahat olmasınlar. Biz onların canını kriminal xunta rejimindən qurtarandan sonra onlar daha yaxşı yaşayacaq, daha təhlükəsiz şəraitdə yaşayacaqlar və rifahları daha da artacaq”.

Missiya.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Türk” televiziyasına müsahibəsində bildirib.

Prezidentin sözlərinə görə, Dağlıq Qarabağda indi səfalət hökm sürür:

“Biz oraya investisiya qoyarıq, sosial layihələr icra edərik. Eyni zamanda, iş yerlərinin yaradılması ilə əlaqədar proqramlarımız olacaq. Bütün bunlar orada yaşayan ermənilər və oraya qayıdacaq azərbaycanlılar üçün yeni bir mərhələ olacaq.

Bizim mövqeyimiz bundan ibarətdir. Ermənistanın mövqeyi isə budur: azərbaycanlıları oradan qovmaq, etnik təmizləmə aparmaq, Azərbaycanın tarixi-dini abidələrini yerləbir etmək və elan etmək ki, bu qədim Ermənistan torpağıdır. Halbuki ermənilər oraya çar Rusiyası tərəfindən XIX əsrin əvvələrində köçürülüb”.

Prezident bildirib ki, Dağlıq Qarabağda yaşayan ermənilər bilməlidirlər ki, Azərbaycan xalqı onların düşməni deyil:

“Sadəcə olaraq, Azərbaycan xalqı öz dədə-baba torpaqlarında yaşamaq istəyir. Buna Azərbaycan xalqının haqqı var. Onlar da yaşasınlar, biz də yaşayaq. Amma bizi qovsunlar, onlar yaşasınlar. Bu, ədalətli deyil. Buna biz heç vaxt razı ola bilmərik. Hər bir müharibə sülhlə nəticələnir.

Biz müharibədən sonrakı mərhələyə də baxmalıyıq. Hesab edirəm ki, hər iki tərəfdən güclü siyasi iradə olarsa, beynəlxalq təşkilatlar bu məsələdə bizə kömək edərlərsə, buna nail olmaq mümkün olacaq”.


22 Oktyabr 2020 İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsində QHT-lərlə görüş keçirildi
21 Oktyabr 2020 Ermənilərin atdığı mərmilər Ağdamda yanğın törətdi - VİDEO
21 Oktyabr 2020 Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxub, 7 nəfər ölüb
20 Oktyabr 2020 Semyon Peqov Azərbaycan ordusunun irəlilədiyini eşidib Qarabağdan qaçdı
19 Oktyabr 2020 Şahdağ parkında yanğın başlayıb
19 Oktyabr 2020 Ermənistan hərbi cinayət törədir
18 Oktyabr 2020 Anar Eyvazov: “Ordumuz tərəfindən daha kəskin tədbirlər görüləcək”
18 Oktyabr 2020 Ermənistana məxsus daha bir PUA məhv edilib
18 Oktyabr 2020 Ordumuz ermənilərə məxsus hərbi hissə ələ keçirib - VİDEO
17 Oktyabr 2020 Düşmənin “S-125” zenit raket kompleksi sıradan çıxarıldı – RƏSMİ
17 Oktyabr 2020 Xocalı soyqırımının iştirakçısı olan polkovnik məhv edildi
17 Oktyabr 2020 Prezident: “Günahsız insanların, şəhidlərin qisasını döyüş meydanında alacağıq”
16 Oktyabr 2020 Düşmənin Gəncəyə raket hücumu zamanı 20-dən çox ev dağılıb - FOTO
16 Oktyabr 2020 Dağıntılar altından iki ağır yaralı çıxarıldı - Evlər dağılıb
16 Oktyabr 2020 Ermənistan silahlı birləşmələri İran ərazisinə raketlər atır - RƏSMİ
16 Oktyabr 2020 İlham Əliyev: “Ermənistan ordusunun iki milyard dollarlıq silahını məhv etmişik”
16 Oktyabr 2020 Abşeronda COVİD-19 əleyhinə təbliğat işləri davam etdirilir
16 Oktyabr 2020 Koronavirusa yoluxan şagirdlərin sayı artdı
16 Oktyabr 2020 Erməni polkovnik ağır yaralandı, oğlu isə məhv edildi
15 Oktyabr 2020 Baş Prokurorluq saxta videolarla bağlı araşdırmalara başladı