AZ   |   RU
Netanyahu bu gün Təhlükəsizlik Şurasının iclasını keçirəcək

İsrailin baş naziri Benyamin Netanyahu HƏMAS-ın Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın ölümündən sonra bu gün axşam saatlarında Təhlükəsizlik Şurasının iclasını keçirəcək.


Missiya.Az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.


Bildirilir ki, toplantı Tel-Əvivdəki Kirya hərbi qərargahında baş tutacaq.


Qeyd olunub ki, iclasda onun ölümü fonunda girovla bağlı danışıqlarda irəliləyişin mümkünlüyü müzakirə olunacaq.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 12:26