AZ   |   RU
Ukrayna kəşfiyyatı Belqorodun Juravelka kəndini ələ keçirib?

“Ukraynanın kəşfiyyat qrupunun Belqorod vilayətinin Juravlevka kəndi ərazisinə daxil olması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir”.


Missiya.Az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün “Teleqram” kanalında məlumat yayıb.


O, bildirib ki, kənd Rusiya Silahlı Qüvvələrinin nəzarəti altındadır.


Qeyd edək ki, bundan əvvəl sosial şəbəkələrdə Ukrayna kəşfiyyatının Juravlevkaya daxil olması ilə bağlı xəbərlər yayılmışdı.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 11:11