AZ   |   RU
“BMT-nin baş katibi "persona non-qrata" olaraq qalacaq” - İsrail XİN rəhbəri

“İsrail Qəzza zolağında HƏMAS-ın Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın ölümünü müsbət qarşılamadığı üçün BMT-nin Baş katibi Antonio Quterreşi "persona non-qrata" hesab etməyə və onun İsrailə girişini qadağan etməyə davam edəcək”.


Missiya.Az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrael Katz özünün “X” sosial media hesabında yazıb.


"BMT-nin baş katibi Antonio Quterreş 7 oktyabr qətliamından sonra HƏMAS-ı terror təşkilatı elan etməkdən imtina etdiyi üçün əzəli terrorçu Yəhya Sinvarın ölkədən çıxarılmasını müsbət qarşılamadı. Quterreş İsrail və yəhudi xalqı əleyhinə ekstremist gündəmə rəhbərlik edir. Biz onun İsrailə girişini qadağan etməyə davam edəcəyik”, - deyə siyasətçi vurğulayıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 12:36