AZ   |   RU
İndiyə qədər COP29-u işıqlandırmaq üçün 2 min 700 media nümayəndəsi qeydiyyatdan keçib

 

İnidiyədək COP29-u işıqlandırmaq üçün 2 min 700 media nümayəndəsi qeydiyyatdan keçib.

Missiya.Az "Report"-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Media məlumatları departamentinin rəhbəri Pirim Pirimov deyib.

Onun sözlərinə görə, Media Mərkəzi artıq tam olaraq hazır vəziyyətdədir. P.Pirimov bildirib ki, eyni anda çalışmaq üçün 1200 media nümayəndəsi üçün şərait yaradılıb:

"Xırda detallar var ki, üzərində işlər gedir. Media, tv və radio, yazılı mətbuat üçün iş otaqlar ayrılıb. Tv və radio yayımçıları üçün 330 iş masası, 300 masa isə yazılı masa ayrılıb".




  • Bu gün, 12:27