AZ   |   RU
COP29 zolaqlarından hansı nəqliyyat vasitələrinin istifadə edə biləcəyi açıqlanıb

 

COP29 zolaqlarından hansı nəqliyyat vasitələrinin istifadə edə biləcəyi açıqlanıb .

Missiya.Az xəbər verir ki, bu barədə COP29 Əməliyyat Şirkəti Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu danışıb.

O, COP29 zolaqlarından hansı nəqliyyat vasitələrinin istifadə edə biləcəyinə də aydınlıq gətirib:

"COP29 zolaqları, əslində, avtobus zolaqlarıdır. Həmin zolaqların çəkilməsi onsuz da, nəzərdə tutulmuşdu. Sadəcə, COP29 tədbirinə görə bu proses daha da sürətləndirildi. COP29 zolaqları hansısa meyar və status baxımından avtobus zolaqlarından fərqlənmir.

Cərimələnmə mexanizmi və digər avtomobillərin bu zolaqlardan istifadə etdiyi zaman tətbiq olunan qaydalar eynidir. Bu zolaqlarda noyabr ayından etibarən, COP29 üçün nəzərdə tutulan avtobusların, xüsusi taksilərin və avtomobillərin hərəkəti nəzərdə tutulur. Həmin zolaqlardan istifadə üçün xüsusi icazə vərəqələri və stikerlər tələb olunur".




  • Bu gün, 12:23