AZ   |   RU
COP29 zamanı şəhər sakinlərinə evdən çıxmaqla bağlı məhdudiyyət qoyulmayacaq - Elnur Soltanov

 

COP29-un keçirildiyi zaman Bakı sakinlərinə evdən çıxmaqla bağlı hər hansı bir məhdudiyyət olmayacaq.

Missiya.Az “Report”-a istinadən xəbər verir ki, bu barədə COP29-un baş icraçı direktoru Elnur Soltanov deyib.

“COP29 müddətində şəhər sakinlərinin evdən çıxması ilə bağlı səlahiyyətli qurumlar tərəfindən hər hansı məhdudiyyət və qadağaların və ya SMS icazələrin tətbiqi nəzərdə tutulmur”, - o deyib.

E.Soltanovun sözlərinə görə, bu barədə məlumat dezinformasiyadır. O ictimaiyyəti bu kimi dezinformasiyalara inanmamağa və yalnız qurumlar tərəfindən verilmiş rəsmi məlumatları əsas götürməyə çağırıb.




  • Bu gün, 12:50