AZ   |   RU
COP29 konfransının keçiriləcəyi məkanda işlərin 90%-i tamamlanıb

 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi məkanda işlərin 90%-i tamamlanıb.

Missiya.Az report-a istinadən xəbər verir ki, bunu COP29 Əməliyyat Şirkətinin koordinasiya şurasının üzvü İsmayıl İsayev deyib.

O bildirib ki, bu ayın sonunda görüləcək işlərin sınaq mərhələsinə başlanılacaq.

"Tədbirə hazırlıq məqsədilə bütün mərhələlər tamamlanmaq üzrədir", - İ.İsayev qeyd edib.

Qeyd edək ki, COP29 noyabrın 11-22-də Bakı Olimpiya Stadionunun ərazisində keçiriləcək.




  • Bu gün, 12:24