AZ   |   RU
Şimali Koreya Ukraynaya qarşı döyüşə başlayacaq - Budanov

 

Rusiyanın şərqində 11 minə yaxın Şimali Koreyalı əsgər Ukraynaya qarşı müharibə üçün təlim keçir. Onlar noyabrda döyüşə başlayacaqlar.

Missiya.Az “The War Zone” nəşrinə istinadən xəbər verir ki, bunu Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov deyib .

"Onlar noyabrın 1-də hazır olacaqlar", -deyə Budanov bildirib.

Kirill Budanovun sözlərinə görə, Şimali Koreya əsgərləri Rusiya texnika və sursatlarından istifadə edəcəklər.


Leyla SƏMƏNDƏR
Missiya.Az

 




  • Bu gün, 11:23