AZ   |   RU
Pentaqon Şimali Koreya və Rusiya ilə bağlı iddiaları araşdırır

 

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Şimali Koreyanın Rusiyaya dəstək üçün Ukraynaya qoşun göndərdiyinə dair iddiaları araşdırdığını açıqlayıb.

Missiya.Az xəbər verir ki, bunu gündəlik mətbuat konfransında danışan Pentaqonun mətbuat katibi Briqada generalı Patrik Rayder deyib.

"İddialar doğrudursa, bu, Rusiya ilə Şimali Koreya arasındakı əməkdaşlığın irəlilədiyini göstərir. Bu, həm də Rusiyanın içində olduğu dəhşətli vəziyyəti ortaya qoyur”,-deyə o qeyd edib.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski Avropa İttifaqı (Aİ) liderləri ilə görüşdən sonra Brüsseldə jurnalistlərə bildirib ki, Rusiya döyüş meydanına təxminən 10 min Şimali Koreya əsgərini yerləşdirməyə hazırlaşır.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • Bu gün, 11:35