AZ   |   RU
Azərbaycanda dövlət əmlakları ilə bağlı icarə müqavilərinin sayı 21 % artıb

 

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının icarəyə verilməsinə dair 3 030 müqavilə bağlayıb.

Missiya.Az Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,05 % çoxdur.

O cümlədən, 9 ay ərzində qeyri-yaşayış sahəsinə dair 459, torpaq sahələrinə dair isə 2 571 yeni icarə müqaviləsi bağlanılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 26,3 % az və 26,75 % çoxdur.

Hesabat dövründə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 5,2 milyon manat, torpaq sahələrinin icarəsindən isə 23 milyon manat vəsait ödənilib. Bunlar, isə illik müqayisədə 13,05 % və 16,2 % çoxdur.

Beləliklə, yanvar-sentyabrda dövlət əmlakının icarəsindən büdcəyə 28,3 milyon manat daxil olub ki, bu da 1 il əvvələ nisbətən 15,8 % çoxdur.




  • Bu gün, 12:03