AZ   |   RU
Avroliqanın finalında "Qarabağ"ın qisası alındı - "Bayer" "Atalanta”ya məğlub oldu



Mayın 22-də futbol üzrə UEFA Avropa Liqasında final oyunu keçirilib.



Missiya.Az xəbər verir ki, cari mövsüm bütün turnirlər daxil 51 oyundur uduzmayan Almaniyanın "Bayer" kollektivi İtaliya təmsilçisi "Atalanta"ya məğlub olub.



Qeyd edək ki, qarşılaşma Atalantanın 3:0 hesablı qələbəsi ilə başa çatıb və İtaliya təmsilçisi tarixində ilk dəfə turnirin qalibi olub.



Xatırladaq ki, “Qarabağ” klubunu avroliqadan kənarlaşdıran məhz “Bayer” idi.



Bununla da hesab etmək olar ki, italyanlar “Qarabağ”ın qisasını almış oldular.



Daşqın Həsənov
Missiya.Az




  • 23-05-2024, 01:03