AZ   |   RU
AVRO-2024: Qrup mərhələsinin II turunda daha üç oyun keçiriləcək

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında bu gün qrup mərhələsinin II turunun növbəti oyunları baş tutacaq.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, günün ilk qarşılaşması Düsseldorf şəhərində, Slovakiya və Ukrayna seçmələri arasında baş tutacaq.


Slovakiyalılar E qrupunun ilk matçında Belçikaya qalib gəliblər - 1:0. Ukraynalılar isə Rumıniyaya 0:3 hesabı ilə məğlub olublar.


D qrupunun oyununda isə Polşa və Avstriya komandaları paytaxt Berlində münasibətlərinə aydınlıq gətirəcəklər. I turda Polşa Niderlanda (1:2) Avstriya isə Fransaya (0:1) məğlub olub.


Bu qrupun Niderland - Fransa qarşılaşması günün son matçı olacaq. Qarşılaşma Leyptsiq şəhərində gerçəkləşəcək.


AVRO-2024


21 iyun


II tur


E qrupu


17:00. Slovakiya - Ukrayna


Baş hakim: Maykl Oliver (İngiltərə).


Düsseldorf, "Esprit Arena".


D qrupu


20:00. Polşa - Avstriya


Baş hakim: Halil Umut Meler (Türkiyə).


Berlin Olimpiya Stadionu.


23:00. Niderland - Fransa


Baş hakim: Entoni Teylor (İngiltərə).


Leyptsiq, "Red Bull Arena".



  • 21-06-2024, 08:31