AZ   |   RU
Ermənistan Fransadan 75 milyon avro kredit alacaq
 
Ermənistan hökuməti bugünkü iclasında büdcə kəsirinin ödənilməsi üçün Fransa İnkişaf Agentliyindən 75 milyon avro məbləğində kredit ayrılmasını təsdiqləyib.

Missiya.Az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, müqavilənin imzalanması iyunun 26-na planlaşdırılır.


Bildirilib ki, kredit konkret proqramlar üçün verilmir: hökumət ondan öz mülahizəsinə uyğun olaraq kəsri ödəmək üçün istifadə edir. Lakin kredit büdcə sistemini təkmilləşdirmək şərti ilə verilir.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 20-06-2024, 12:24