AZ   |   RU
Türkiyədə otluq sahədə yanğın olub, ölən və xəsarət alanlar var

Türkiyənin Diyarbəkir vilayətinin Çinar, Mardin vilayətinin Mazıdagı rayonları arasındakı otluq ərazidə yanğın zamanı ölənlərin sayı 5 nəfərə çatıb.


Missiya.Az "Report"a istinadən xəbər verir ki, yanğın zamanı Diyarbəkirdə 3, Mardində 2 nəfər həyatını itirib.


Hadisə zamanı daha 44 nəfər yaralanıb. Əraziyə yanğınsöndürənlər, Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) əməkdaşları, təcili yardım briqadaları, xilasedicilər cəlb olunub.


Hadisənin hansı səbəbdən baş verdiyi açıqlanmır.



  • 21-06-2024, 08:33