AZ   |   RU
Qubadlıda yabanı halda bitən 2 tona yaxın çətənə bitkisi məhv edilib

Qubadlıda yabanı halda bitən 2 tona yaxın çətənə bitkisi məhv edilib.


Bu barədə Missiya.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.


Məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə "Xaş-xaş 2024" planına uyğun olaraq tədbir keçirilib. Tədbir zamanı Davudlu kəndinin ərazisində, Bazarçay çayının sahilindən yabanı halda bitən 2 tona yaxın 3 895 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.



  • 21-06-2024, 08:35