AZ   |   RU
Paşinyan iclas keçirir

 

Bu gün Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə hökumətin növbəti iclası işə başlayıb. 


Missiya.Az "Hraparak"a istinadən xəbər verir ki, sessiyanın gündəliyinə 46 məsələ daxil edilib. 


Onlardan 43-ü haqqında məlumat verilmir, daha üç məsələ isə məxfi xarakter daşıyır.


İclasın gündəliyinə, xüsusən, Ermənistan Respublikası, Rumıniya və Avropa Komissiyası arasında “Qara dəniz hövzəsi İnterreg Next Proqramı”nın maliyyələşdirilməsi sazişinin imzalanması təklifinin təsdiqi, 1 nömrəli kredit sazişinin imzalanması təklifinin təsdiqi daxildir.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 20-06-2024, 12:16