AZ   |   RU
"Toyuma gəlməyən həmkarlarım oldu"- Talıb Tale

 

"Toyuma dəvət etdiyim, lakin gəlməyən həmkarlarım oldu. Amma az idi. Gəlməyənlər də öz nəmərlərini göndərdilər". 


Missiya.Az xəbər verir ki, bunu müğənni Talıb Tale "Rəngarəng səhər" verilişində deyib. 


O bildirib ki, toyu həftənin şənbə günü olub: 


"Mənim özüm də çox zaman olub ki, vaxt azlığına görə dəvət aldığım məclislərə gedə bilməmişəm, nəmər göndərmişəm. Bu kimi məqamları anlayışla qarşılayıram. Qətiyyən inciklik olmur. Özüm istəmədim ki, toyumda çox insan iştirak etsin. Dost-tanış, qohum-əqrəba çoxdur. Hələ elə qohumlar da oldu ki, onları məclisdə yerləşdirə bilmədim".


Leyla SƏMƏNDƏR
Missiya.Az



  • 20-06-2024, 16:24