AZ   |   RU
Xatirə İslam "Azərsu"dan şikayət etdi

 

Müğənni Xatirə İslam "Azərsu" ASC-dən şikayət edib.


Missiya.Az xəbər verir ki, bu barədə sənətçi "İnstagram" hesabında video paylaşıb. 


"Gördüyünüz kimi, baxın, əziz insanlar. Mərdəkan kimi bir yerdə biz suyu maşınla gətizdiririk ki, çəni dolduraq. Bilmirəm "Azərsu" hara baxır? İndi onu axtarıb-tapmaq lazımdır ki, hara baxır, suyu hara verir? Yəqin ki, müəyyən yerlərə verir. Həftədə bir, hətta iki dəfə belə maşın gəlir. Novxanını bəyənmirsiniz. Mərdəkanda su da, kanalizasiya da yoxdur",-deyə o qeyd edib.


Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 20-06-2024, 16:59