AZ   |   RU
Rusiya və Vyetnam bir sıra sənədlər imzalayıb
 
Rusiya prezidenti Vladimir Putinin Hanoy səfəri zamanı Rusiya və Vyetnam arasında müxtəlif sahələrdə əməkdaşlığa dair bir sıra sənədlər imzalanıb.


Missiya.Az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.


Bildirilib ki, onların arasında təhsil sahəsində əməkdaşlığa dair sənədlər, Vyetnamda nüvə texnologiyaları mərkəzinin yaradılması qrafiki haqqında memorandum var.


Tərəflər Vyetnam və Aİİ arasında azad ticarət zonası haqqında sazişin maksimum potensialından istifadə etmək barədə razılığa gəliblər.

Leyla SƏMƏNDƏR
Missiya.Az




  • 20-06-2024, 11:52