b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_resizersdd.jpg
İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilən naməlum şəhidin nəşi məzardan çıxarılıb.

Missiya.Az xəbər verir ki, naməlum şəhidin kimliyi götürülən nümunələr əsasında müəyyən edildikdən sonra aidiyyəti qurumların iştirakı ilə şəhidin məzarı açılıb. Açılan məzardan Yevlax rayon sakini, 1971-ci il təvəllüdlü şəhid Vəliəddin Sehrab oğlu İbrahimovun nəşi çıxarılıb. Şəhidin ruhuna dualar oxunduqdan sonra nəşi İmişli Rayon Mərkəzi Xəstəxanasına gətirilib və onun Azərbaycan Bayrağına bürünmüş tabutu Yevlax rayonuna yola salınıb.

Xatırladaq ki, V.İbrahimov 1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində işğalçı Ermənistanın silahlı birləşmələrinin hücumlarının qarşısını alarkən döyüşlərdə həlak olub. Onun nəşi tanınmadığı üçün İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında naməlum şəhid kimi dəfn edilib. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə naməlum şəhidlərə aid meyit qalıqları ekshumasiya olunub və müvafiq nümunələr götürülüb.

Daha sonra naməlum şəhidlərin dəfn edilən qalıqlarından və şəhidin yaxın qohumları olduğunu iddia edən ailə üzvlərindən götürülən nümunələrin eyniləşdirilməsi zamanı meyitlərdən birinin valideyn-övlad səviyyəsində qohumluq əlaqəsinin olduğu müəyyən edilib. Qeyd edək ki, 26 il itkin olaraq bilinən şəhid V.İbrahimovun nəşi hərbi rituallara uyğun olaraq, ailə üzvlərinin istəyi ilə yanvarın 23-də, saat 15:00-da Yevlax şəhərindəki Şəhidlər xiyabanında dəfn ediləcək. İmişli rayonundakı “Şəmmədli” qəbiristanlığında dəfn edilən naməlum şəhidin nəşi məzardan çıxarılıb.



24 İyun 2020 AzTV-nin aparıcısı koronavirusa yoluxub - VİDEO
10 İyun 2020 Bakının ən möhtəşəm piyada keçidi açılış ərəfəsində - VİDEO
01 İyun 2020 Polisdən nümunəvi addım: Yolu bağladı, yaşlı piyadaya kömək etdi - VİDEO
30 May 2020 Bakıda “Taxta bazarı”nda yanğın - VİDEO
15 May 2020 90 km/saat sürət limiti olan maşın 104 km/saat sürətlə radara düşdü - VİDEO
13 May 2020 Operativ Qərargah brifinq keçirir - CANLI YAYIM
12 May 2020 “BMW”ni dərədən aşıran “Kürd Elnur”la bağlı açıqlama - VİDEO
05 May 2020 Bakıda küçədə qadına hücum edildi - ANBAAN VİDEO
29 Aprel 2020 Azərbaycanda koronavirusdan sağalan qadın danışdı: "Qorxmayın..." - VİDEO
04 Mart 2020 Tanınmış teleaparıcının villasında oğurluq: Unitaza kimi aparıblar - VİDEO
02 Mart 2020 Türkiyə ordusunun cavab zərbələri - Ruslar silahları atıb qaçdılar - VİDEO
26 Fevral 2020 Rəşid Mahmudov koronavirusun məhv olacağı tarixi AÇIQLADI - VİDEO
21 Fevral 2020 ARB TV-nin canlı yayımında gərginlik: "Pulumu ver" - VİDEO
19 Fevral 2020 Türkiyədə azərbaycanlı qız üstündə dava düşdü - VİDEO
18 Fevral 2020 Bəhram Bağırzadə Nikol Paşinyanı parodiya etdi - VİDEO
14 Fevral 2020 Rusiyada məktəbliləri daşıyan avtobus alışıb yandı - VİDEO
13 Fevral 2020 Türkiyəli blogerin Ermənistanda qarşılaşdığı qəribə mənzərə - VİDEO
04 Fevral 2020 Azyaşlı oğlan qadını zorlamaq istərkən öldürüldü (18+VİDEO)
03 Fevral 2020 Polis gəncləri bu görüntülərə görə həbs etdi - VİDEO
31 Yanvar 2020 Bakıda kişi yolun ortasında rəqs edib, maşınlara təpik atdı - VİDEO