AZ   |   RU
Emin Ağalarovdan milliliyə söykənən daha bir nümunəvi addım - Rus aparıcılardan imtina etdi

Məşhur iş adamı, "Dream Fest" musiqi festivalının təşkilatçısı Emin Ağalarov festivalının aparıcılarını dəyişib.


Missiya.Az xəbər verir ki, tədbiri Xəzər TV-nin rəhbəri Murad Dadaşov və teleaparıcı Hüsniyə Məhərrəmova aparacaq.


Əvvəlcədən isə məlumat verilmişdi ki, festivalın aparıcıları rusiyalı Regina Todorenko və Miloş Bikoviç olacaq


Qeyd edək ki, 23-26 iyul tarixlərində keçiriləcək festivala Azərbaycanda böyük maraq var. Festivala çox sayda xarici qonaqların da gəlməsi gözlənilir.


Elcan
Missiya.Az


  • Bu gün, 11:38