AZ   |   RU
Ən böyük Mars meteoriti hərracda 5,3 milyon dollara satılıb

Yer kürəsində indiyə qədər tapılmış ən böyük Mars meteoriti "NWA 16788" Nyu-Yorkda "Sotheby's" auksionunda 5,296 milyon dollara satılıb.

Missiya.Az
xəbər verir ki, bu barədə Marsın həmin fraqmenti hərraclar tarixində ən bahalı meteorit olub.


Göy cisminin kütləsi 24,67 kiloqram, ölçüləri təxminən 375 × 279 × 152 mm-dir.

"Sotheby's"dən bildirilib ki, onun materialının yalnız 6,5%-nin yer üzündə analoqu var. "NWA 16788" planetimizdə tapılan növbəti ən böyük Mars meteoritindən demək olar ki, 70% böyükdür.

Xatırladaq ki, bu günə qədər Yer kürəsində 77 mindən çox meteorit qeydə alınıb, lakin onlardan yalnız 400-ə yaxını Mars mənşəlidir.


Zərintac Mayisqızı
Missiya.Az



  • Bu gün, 11:57