AZ   |   RU
“Rusiya danışıqların üçüncü raundu ilə bağlı Ukraynadan təkliflər gözləyir” - Peskov

“Rusiya Ukraynanın ikitərəfli danışıqların yeni raundunun tarixini təklif etməsini gözləyir”.


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.


“Biz dəfələrlə dediyimiz kimi danışıqların üçüncü raundu ilə bağlı Ukrayna tərəfdən təkliflər gözləyirik”, - deyə siyasətçi vurğulayıb.


Peskov qeyd edib ki, danışıqların üçüncü raundunun tarixi hərbçilərin cəsədlərinin dəyişdirilməsi prosesi başa çatdıqdan sonra razılaşdırılmalıdır.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:07