AZ   |   RU
Bu gün Xalq artisti Telman Adıgözəlovun doğum gündür

Azərbaycan televiziya, teatr və kino aktyoru, aparıcı, Xalq artisti Telman Adıgözəlov 1953-cü il iyulun 17-də Balakən şəhərində dünyaya göz açıb.

Missiya.Az
xəbər verir ki, T. Adıgözəlov əslən ordubadlıdır.


O, hələ orta məktəbdə oxuyarkən aktyorluq kurslarında iştirak edib. 1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan istedadlı aktyor teatr səhnəsində maraqlı obrazlar yaradıb.


Bunlardan C. Məmmədquluzadə "Dəli yığıncağı" Zəncirvuran, İ.Əfəndiyev "Xurşidbanu Natəvan" Daşdəmir, "Mahnı dağlarda qaldı" Rəhman, Şekspir "Maqbet" Flins, M. İbrahimov "Közərən ocaqlar" Xanəhməd, H.Cavid "İblis" Şeypurçu, S.Vurğun "Vaqif" Təlxək, S.Rəhman "Nişanlı qız" çeşməkli kişi, E.Baxış "Qədr gecəsi" Oyunbaz, Elçin "Ah Paris…Paris!.." Əhməd, "Mənim sevimli dəlim" Professor, R.Novruz "Hələ "sevirəm" deməmişdilər"də Qumarbaz obrazlarını göstərmək olar.


Xalq artisti dövlət televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə xarakterik rollar oynayıb.


O, 15 aprel 2010-cu ildə 56 yaşında ürək çatışmazlığından vəfat edib. Fatmayıdakı kənd qəbiristanlığında torpağa tapşırılıb.



Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 10:14