AZ   |   RU
Pakistandakı daşqınlarda 28 nəfər ölüb, 90 nəfər yaralanıb

Pakistanda daşqınlar nəticəsində son 24 saatda 28 nəfərin öldüyü, 90 nəfərin yaralandığı bildirilib.

Missiya.Az 
xəbər verir ki, bu barədə Pəncab Fəlakət İdarəetmə İdarəsinin (PDMA) sözçüsü Faruk Əhməd əyalətdə davam edən yağışlarla bağlı açıqlama verib.


Əhməd çoxlu sayda insanın dam və divarın çökməsi nəticəsində öldüyünü qeyd edib.


Güclü yağış səbəbindən çayların daşması ilə bağlı xəbərdarlıq da edilib.


Ümumiyyətlə hər il iyul-sentyabr ayları arasında Pakistanın bir çox şəhərlərinə təsir edən musson yağışları yüzlərlə insanın ölümünə və maddi itkilərə səbəb olur.



Zərintac Mayisqızı
Missiya.Az



  • Bu gün, 12:11