b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_15725927296148509765dbbdc599a45b.jpg

Dünən Prezident İlham Əliyev Xaçmaz və Yevlaxa təyin olunan yeni icra başçıları ilə görüşdə Şamaxıda bir məktəbin yararsız vəziyyətdə olduğunu açıqlamışdı.

Missiya.Az xəbər verir ki, ölkə başçısı bu barədə mediadan xəbər tutduğunu qeyd edib:

"Son hadisəni demək istəyirəm ki, Şamaxı rayonunda zəlzələ olub, oraya böyük vəsait ayrılıb. Mən oraya getmişəm, yeni tikilmiş evlərin açarlarını vətəndaşlara təqdim etmişəm. Ancaq o günləri televizorda baxıram ki, məktəb binasının yarısı uçubdur, çatlar var, uşaqlar qorxudan orada otura bilmirlər. Bəs yaxşı, bunun üstündən səkkiz ay keçibdir, bunu etmək mümkün deyilmi? Vəsait ayrılıb, göstəriş verilib, bir çox evlər tikilib, bu məktəb belə yararsız vəziyyətdə ola-ola bununla necə barışmaq olar? İndi əgər mediada, televizorda bu reportaj getməsəydi, mən bilməyəcəkdim. Mən bilən kimi dərhal göstəriş verdim. İndi orada işlər başlayacaq və o məktəb binası ya sökülüb yenidən tikiləcək, ya da ki, əsaslı təmir olunacaq. Ona görə ictimai nəzarət olmalıdır".

Prezident növbəti dəfə mediaya müraciət edib: "Mən media nümayəndələrinə də dəfələrlə müraciət etmişəm, demişəm ki, siz mənim köməkçilərimsiniz. Bəzi hallarda mən dözülməz vəziyyətlə bağlı mediadan xəbər tuturam". 

Bu məqamda Prezidentin bəhs etdiyi, ARB kanalında yayımlanan reportajı təqdim edirik:



qafqazinfo



02 Dekabr 2020 Co Bayden rəsmi tədbirdə yuxuladı - VİDEO
01 Dekabr 2020 İşğaldan azad olunan Laçın rayonunda Azərbaycan bayrağı qaldırılıb
30 Noyabr 2020 Şuşa həbsxanasından son görüntülər - Azərbaycanlı əsirlər burada saxlanılıb - VİDEO
26 Noyabr 2020 Düşmənin viran qoyduğu Kəlbəcər şəhərinin görüntüləri - VİDEO
11 Noyabr 2020 İrəvanda polis etirazçılara güc tətbiq edir - VİDEO
09 Noyabr 2020 Düşmənin atəş nöqtəsi və şəxsi heyəti məhv edildi - VİDEO
28 Oktyabr 2020 Düşmənin atıb qaçdığı hərbi texnikasının görüntüləri - VİDEO
13 Oktyabr 2020 Müdafiə Nazirliyi Hadrutdan görüntülər yaydı - VİDEO
09 Oktyabr 2020 Türk jurnalistlər Cəbrayil rayonundan unikal kadrlar çəkib - VİDEO
07 Oktyabr 2020 Canlı yayımda Ermənistandan raket atıldı, Ordumuz dərhal məhv etdi - VİDEO
30 Sentyabr 2020 Düşmənin ehtiyat qüvvələrinin məhv edildiyi görüntülər - ANBAAN VİDEO
24 Sentyabr 2020 Bakının mərkəzində böyük ilan peyda oldu - VİDEO
01 Sentyabr 2020 “Xan” “Lotu Quli”ni öldürdükdən sonra belə qaçıb - VİDEO
31 Avqust 2020 Jurnalistin canlı yayımda ürəyi getdi - VİDEO
26 Avqust 2020 Azərbaycanda ödənişli yol - Pulunu ver, saatda 120 km-lə sür - VİDEO
20 Avqust 2020 Kürdəmir icra başçısının aldığı rüşvətin məbləği açıqlandı - Başçı belə saxlanıldı - VİDEO
11 Avqust 2020 Azərbaycanlı cütlük karantin şəraitində belə evləndi - VİDEO
08 Avqust 2020 Sumqayıtda hamilə qadın dənizdə batdı - Hadisə yerindən VİDEO
28 İyul 2020 Yeni Təhsil naziri ailə üzvləri ilə birlikdə - VİDEO
22 İyul 2020 ABŞ-da ermənilər azərbaycanlılara hücum edib, xəsarət alanlar var - FOTO