AZ   |   RU
“Aİ Ukraynanın yenidən qurulması üçün 2,3 milyard avro ayıracaq” - Ursula fon der Leyen

“Avropa İttifaqı (Aİ) Ukraynanın yenidən qurulması üçün 2,3 milyard avro ayıracaq”.


Missiya.Az xəbər verir ki, bu barədə Avropa Komissiyasının sədir Ursula fon der Leyen Romada keçirilən Ukraynanın bərpasına dair konfransda çıxışı zamanı deyib.


"İmzalanmış 2,3 milyard avroluq müqavilələrlə biz evlərin yenidən qurulması, xəstəxanaların açılması, müəssisələrin yenidən başlaması və enerjinin təhlükəsizliyinin təmin edilməsi üçün 10 milyard avroya qədər investisiyanın kilidini açmağı hədəfləyirik”, - deyə siyasətçi vurğulayıb.


Leyen qeyd edib ki, Aİ həmçinin özəl sərmayələri cəlb etmək üçün 220 milyon avro dəyərində “Ukraynanın yenidən qurulması üçün flaqman Avropa fondu ” yaratmağı planlaşdırır. 


Onun sözlərinə görə, bu, Kiyevə kömək etmək üçün dünyanın ən böyük özəl kapital fondu olacaq.



Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 15:54