AZ   |   RU
“Rusiya aktivləri Ukraynanın bərpasına ayrılmalıdır” - Zelenski

“Qərb təkcə dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirlərdən deyil, həm də aktivlərin özündən istifadə etməlidir. Vəsaitlər Ukraynanın yenidən qurulmasına yönəldilməlidir”.


Missiya.Az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski Romada keçirilən Ukraynanın bərpasına dair konfransda çıxışı zamanı deyib.


"Biz açıq şəkildə razılaşmalıyıq ki, Rusiyanın dondurulmuş aktivləri Ukraynanın yenidən qurulmasına getməlidir. İnsanların həyatını xilas etmək üçün təkcə bu aktivlərdən gələn gəlir deyil, həm də aktivlərin özləri istifadə olunmalıdır və indikindən qat-qat fəal şəkildə istifadə edilməlidir", - deyə siyasətçi vurğulayıb.


Zelenski qeyd edib ki, biz gücümüzü, istehsalımızı, logistikamızı və bərpamızı dəstəkləyə biləcək istənilən bizneslə əməkdaşlığa çox açığıq.



Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 15:23