AZ   |   RU
Aİ Rusiyanın aktivləri hesabına Ukraynaya daha 1 milyard avro ayırıb

Ukraynanın dövlət büdcəsinə Avropa İttifaqından (Aİ) 1 milyard avro vəsait daxil olub. 


Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.


Bildirilib ki, vəsaitlər G7-nin Ukrayna üçün Fövqəladə Gəlirlərin Sürətləndirilməsi təşəbbüsü çərçivəsində Aİ-nin töhfəsinin bir hissəsidir.


"Vəsaitlər sosial və hərbi sektorlar üzrə prioritet dövlət büdcəsi xərclərinin maliyyələşdirilməsinə, makroiqtisadi sabitliyin dəstəklənməsinə və mühüm infrastrukturun bərpasına imkan verəcək", - deyə Ukraynanın maliyyə naziri Serhi Marçenko vurğulayıb.


Qeyd olunub ki, 2022-ci ilin fevral ayından Avropa İttifaqı Ukraynaya birbaşa büdcə yardımının ən böyük təminatçısı olub.



Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 15:16