AZ   |   RU
Ermənistan XİN İlham Əliyev və Paşinyan arasındakı görüşün təfərrüatlarını açıqlayıb

Ermənistan Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında Əbu-Dabidə keçirilən görüşün təfərrüatlarını açıqlayıb.


Missiya.Az xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.


"2025-ci il iyulun 10-da Əbu-Dabidə Ermənistan Respublikasının Baş naziri və Azərbaycan Respublikasının Prezidenti arasında görüş keçirilib və Ermənistan-Azərbaycan dövlətlərarası münasibətlərinin normallaşdırılması üçün gündəliyin müxtəlif aspektləri müzakirə edilib. Tərəflər ikitərəfli danışıqların bütün məsələlərin həlli üçün ən səmərəli format olduğunu təsdiqləyiblər", - deyə vurğulanıb.


Bildirilib ki, İlham Əliyev və Paşinyan sərhədlərin müəyyən edilməsi prosesində əldə olunan irəliləyişləri qeyd edərək, bu istiqamətdə əməli işlərin davam etdirilməsi ilə bağlı müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər. Tərəflər, həmçinin iki ölkə arasında ikitərəfli danışıqların və etimadın möhkəmləndirilməsi tədbirlərinin davam etdirilməsi barədə razılığa gəliblər. 

 


Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 15:30