AZ   |   RU
“İrəvan Zəngəzur dəhlizinə nəzarəti Amerika şirkətinə vermək imkanını nəzərdən keçirir” - Ermənistan XİN

“Ermənistan Zəngəzur dəhlizinə nəzarəti Amerika şirkətinə vermək imkanını nəzərdən keçirir”.


Missiya.Az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan məlumat verib.


“Əgər bu, bizim bəyan etdiyimiz prinsiplərə tam uyğun gələrsə, həyata keçirilə bilər”, - deyə siyasətçi vurğulayıb.


Qeyd edək ki, dəhliz Ermənistan ərazisində avtomobil və dəmir yolu infrastrukturunun yaradılmasını, Azərbaycanın əsas hissəsi ilə Naxçıvanın eksklavı arasında maneəsiz əlaqəni, eləcə də Türkiyəyə çıxışı təmin etməyi nəzərdə tutur.



Daşqın Həsənov
Missiya.Az



  • Dünən, 16:10