b_550_325_16777215_00_images_xeber_sekilleri_8sent2020_1601028917_toy.jpg

Avropa ölkələrində koronavirus pandemiyasının ikinci dalğası yayılmağa başlayıb. İngiltərə, İspaniya, Fransa, Almaniya, İtaliyada vəziyyət yenidən kritik həddə doğru gedir.

Sözügedən ölkələrdə epidemioloji vəziyyətin pisləşməsi, həmin ölkələrdə yoluxmaya qarşı qabaqlayıcı tədbirlərin yenidən sərtləşdirilməsi zərurətini ortaya çıxarıb.

Belə bir məqamda Azərbaycanda yoluxmanın kontrolda saxlanılması oktyabrın 1-də başa çatacaq xüsusi karantin rejiminin uzadılmaması, toylarla bağlı qadağanın aradan qaldırılması kimi məsələləri gündəmə gətirir.

Missiya.Az xəbər verir ki, Milli.Az-a açıqlama verən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev toylarla bağlı icazənin mümkün olduğunu bildirib:

"Xüsusi karantin rejimin yenidən uzadılıb-uzadılmaması önəmli deyil, önəmli olan karantin rejimin şərtləridir.

Rejim uzadıla bilər, amma hansı şərtlər daxilində?! Hazırkı karantin rejimi uzadılsa belə, rayonlar, şəhərlərarası məhdudiyyətlər yoxdur. Kafelər, restoranlar da saat 12-yə kimi işləyir.

Düzdür, bir çox bəzi əyləncə mərkəzləri açılmasa da, insanların ehtiyaclarını qarşılayacaq yerlər açıqdır. İnsanlar artıq rahat çölə çıxa bilirlər, əvvəlki kimi sms icazə və digər məhdudiyyətlər yoxdur. Bu şərtlər daxilində karantin rejiminin gündəmdə olması normaldır.

Çünki Avropanın bir çox ölkələrində COVİD 19-la bağlı epidemioloji vəziyyət artıq yenə kritik həddə çatıb. Düşünürəm ki karantinin müddəti uzadılmalıdır. Ancaq şərtlər isə günümüzdəki yoluxma hallarının sayına uyğun olaraq tənzimlənməlidir.

Amma toyların keçirilməsi icazəsilə bağlı bir fikir söyləyə bilmərəm. Mövcud vəziyyətdə hansı şərtlər daxilində toylara icazə verilə bilər?!

Havaların soyuduğu bir vaxta gedirik. Açıq havada da toy etmək olmaz. Düşünürəm, qapalı şəraitdə, bəlkə də, az insanların olduğu bir mühitdə toy etmək olar. Amma toylarla bağlı icazə mənim səlahiyyətim daxilində deyil".


30 Oktyabr 2020 Azərbaycanda koronavirusa yoluxanların sayı sürətlə artır: Yeni rekord
26 Oktyabr 2020 Bəzi ictimai iaşə obyektində qaydalar kobud şəkildə pozulub
15 Oktyabr 2020 Sabaha olan hava proqnozu açıqlandı
14 Oktyabr 2020 “Haber Global” AzTV ilə ortaq yayıma çıxıb - CANLI
13 Oktyabr 2020 Kəmaləddin Heydərov: Dağılmış binalarının hamısı bərpa olunacaq, sökülüb yenidən tikiləcək
13 Oktyabr 2020 Продолжаются работы по расширению автодороги до госграницы с Грузией - ФОТО
13 Oktyabr 2020 “Azəriqaz” İB-də kadr dəyişikliyi olub - SİYAHI
30 Sentyabr 2020 DTX erməni təxribatı ilə bağlı əhaliyə müraciət etdi
28 Sentyabr 2020 Hərbi vəziyyət dövründə nəqliyyatın fəaliyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA
28 Sentyabr 2020 Azərbaycanda koronavirusda rekord azalma
27 Sentyabr 2020 Azərbaycan ordusunun itkiləri açıqlandı - RƏSMİ
27 Sentyabr 2020 Hikmət Hacıyev: "Azərbaycan Ordusu işğal olunmuş əraziləri geri alacaq"
25 Sentyabr 2020 Bakının iki rayonunda içməli suyun verilişində fasilələr olacaq
24 Sentyabr 2020 500 baldan çox toplasalar da tələbə ola bilmədilər
21 Sentyabr 2020 DİM-dən abituriyentlərə MÜHÜM MÜRACİƏT
19 Sentyabr 2020 Bu gündən Bakı, Sumqayıt və Abşeronda daha bir qadağa qüvvəyə mindi
18 Sentyabr 2020 Bakıda kranların yaratdığı təhlükə - VİDEO
17 Sentyabr 2020 V ixtisas qrupu üzrə qeydiyyatdan keçənlərin sayı açıqlandı
17 Sentyabr 2020 İmişlidə orta əsrə aid gözətçi qalasının qalıqları aşkarlandı - FOTO
17 Sentyabr 2020 Sabahın hava proqnozu açıqlandı