b_550_325_16777215_00_images_xeber_sekilleri_22fevral2019_1575355321_1575354170_1517664421_27545053_329338597556096_1817078427584981645_n.jpg
Bakı Nəqliyyat Agentliyi (BNA) dekabrın 1-dən 125 saylı marşrutda gediş qiymətinin 35 qəpikdən 40 qəpiyə qaldırılmasına aydınlıq gətirib.
 
Missiya.Az xəbər verir ki, Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Tarif Şurasının qiymət tənzimlənməsi ilə bağlı son qərarından sonra 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslarda gediş haqqı 28 May-Lökbatan dairəsinədək 40 qəpik müəyyən edilmişdi.
 
Onun sözlərinə görə, həmin vaxt Yeni Salyan yolunda yaşayan sakinlər nəzərə alınaraq gediş haqqı 35 qəpik müəyyən olunub:
 
"Vətəndaşların müraciəti nəzərə alınaraq hazırda bu xətt üzrə avtobusların hərəkət sxemi Lökbatan qəsəbəsinədək uzadılıb. İndiki halda Lökbatan sakinləri daha az vəsait ödəməklə birbaşa, eyni zamanda rahat avtobuslarla şəhər mərkəzinə gedib-gəlirlər.
 
Əvvəllər isə bunun üçün iki və daha çox avtobus dəyişirdilər, bu isə əlavə vəsait ödənilməsi demək idi. Əvvəllər Lökbatan sakinləri 30 qəpik verib gəlirdilər, daha sonra 35 və ya 40 qəpik verib başqa avtobusla gedirdilər".
 
Qeyd edək ki, 125 saylı marşrut Səbail rayonu, Yeni Salyan yolunda yerləşən binalarda yaşayan jurnalistlərin istifadə etdiyi əsas marşrutdur.
 


08 İyul 2020 Baş nazirdən 190 manat birdəfəlik ödənişlə bağlı QƏRAR
08 İyul 2020 Sabah Bakıda pik dərəcədə isti gözlənilir - RƏSMİ
07 İyul 2020 Koronavirusun daha bir simptomu açıqlandı
06 İyul 2020 39 dərəcə isti olacaq - PROQNOZ
02 İyul 2020 Yaşayış yerini tərk etməyə 3 halda icazə veriləcək
02 İyul 2020 Marketlərə giriş məhdudiyyətlərlə olacaq!
02 İyul 2020 Təyyarəyə yalnız bu şəxslər buraxılacaq
02 İyul 2020 Sabahın havası: Şimşək, yağış, dolu
23 İyun 2020 Dərsliklərə yeni mövzu daxil edildi - Şagirdlərin nəzərinə
23 İyun 2020 SMS icazə ilə bağlı XƏBƏRDARLIQ
22 İyun 2020 Hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ
19 İyun 2020 Gəncə Tibb Kollecinin direktoru tələbələrlə onlayn görüş keçirib
19 İyun 2020 Güclü külək əsəcək, yağış yağacaq, dolu düşəcək
17 İyun 2020 Hava kəskin dəyişir: Sel gələcək - XƏBƏRDARLIQ
16 İyun 2020 İcra hakimiyyətlərinin saytları monotonluq girdabında - Osman Gündüzdən müsahibə
16 İyun 2020 Dövlət təhsil müəssisələrinə böyük güzəşt - 13750 manat ödəməyəcəklər
12 İyun 2020 Baş Nazirdən koronavirusla bağlı MÜHÜM QƏRAR
09 İyun 2020 Toylar nə vaxt bərpa olunacaq? - RƏSMİ CAVAB
09 İyun 2020 Azərbaycan sərhədlərinin bağlı qalma müddəti uzadıldı - RƏSMİ
09 İyun 2020 Azərbaycanda xüsusi karantin rejimi uzadılıb