1527772835polisda.jpg
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Növbətçi Hissələri İdarəetmə Xidmətinin "102" Xidməti-Zəng Mərkəzində vakant olan kiçik rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir.

Bu barədə Daxili İşlər Nazirliyindən Missiya.Az-a məlumat verib.

Verilən məlumata görə, müsabiqədə yaşı 20-dən 30-dək, boyu 160 santimetrdən yuxarı olan, Azərbaycan Respublikasının ali təhsil müəssisələrini bitirmiş, əvvəllər özü və yaxın qohumları qəsdən törədilmiş ağır cinayətlərə görə məhkum olunmamış (ehtiyatsızlıqdan böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum olunmuş yaxın qohumlar istisna olmaqla), Bakı şəhərində yaşayış yeri üzrə daimi qeydiyyatda olan və yaşayan, "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə" ilə müəyyən edilmiş şərtlərə cavab verən Azərbaycan Respublikasının qadın cinsli vətəndaşları iştirak edə bilərlər.

Həmin vəzifələrdə əmək funksiyalarının spesifikliyi baxımından müsabiqə iştirakçılarının sağlamlıq vəziyyəti, biliyi və fiziki hazırlıq səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılaraq, kompüter və rabitə avadanlıqları ilə işləmək qabiliyyətinə malik, ali hüquq təhsilli və xarici dillərdən birini sərbəst bilən şəxslərə üstünlük veriləcəkdir.

Müsabiqə qaliblərinə Azərbaycan Respublikası DİN-in kadrları tərkibinə daxil edilərək müvafiq xüsusi rütbə verilməklə ilkin olaraq 750 manat aylıq təminat xərcliyi ödəniləcək.
 

Habelə qanunvericiliklə müəyyən olunmuş qaydada onların daxili işlər orqanları əməkdaşlarına şamil olunan bütün imtiyazlardan istifadə hüququ olacaqdır.

İştirak etmək istəyən şəxslər 2019-cu ilin oktyabr ayının 25-dən noyabr ayının 10-dək mia.gov.az./?/az/content/29915/ ünvanda yerləşdirilmiş elektron ərizə formasını və qısa anket məlumatlarını şəxsən dolduraraq elektron poçt vasitəsi ilə bki@mia.gov.az ünvanına Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinə göndərməlidirlər.  

Əlavə məlumat üçün əlaqə telefonları:       
(012) 590-97-52 şəhər
17-52  daxili
18 Fevral 2020 Yol Polisindən sürücülərə xəbərdarlıq - VİDEO
17 Fevral 2020 Dövlət Komitəsi 70-dən çox məcburi köçkün ailəsini məhkəməyə verdi
13 Fevral 2020 Bakıda bu ərazidəki evlər plana düşdü - ÜNVANLAR
13 Fevral 2020 Xalq artisti xərçəngə tutuldu
13 Fevral 2020 Azərbaycanda Qida Təhlükəsizliyi Klinikası yaradılacaq
12 Fevral 2020 Sürücülük vəsiqəsi almaq istəyənlərin nəzərinə! - VİDEO
11 Fevral 2020 İlham Əliyev nekroloq imzaladı
10 Fevral 2020 Sabaha gözlənilən hava şəraiti açıqlanıb
10 Fevral 2020 Ramil Usubovun oğlunun yerinə təyinat oldu
07 Fevral 2020 Qar yağacaq, temperatur 15-18 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
05 Fevral 2020 Azərbaycanda qar yağacaq, yollar buz bağlayacaq
04 Fevral 2020 İş axtaranlara ŞAD XƏBƏR - Bu yerlərdə işçi axtarılır
30 Yanvar 2020 "Dəfn pulu" nə qədərdir və kimlərə verilir? - TƏLƏB OLUNAN SƏNƏDLƏR
24 Yanvar 2020 Bakıda axşam saatlarında qısamüddətli sulu qar yağacaq
23 Yanvar 2020 Bu sahədə işləyənlərin maaşı artırılır - əlavə 570 manat - CƏDVƏL
21 Yanvar 2020 Bakının bu ünvanındakı mənzillər plana düşdü - VİDEO
21 Yanvar 2020 Azərbaycanda bu xəstəxanalar pulsuz oldu - SİYAHI
20 Yanvar 2020 Bakıda temperatur 0 dərəcəyə qədər düşəcək - QAR YAĞACAQ?
15 Yanvar 2020 Sabah intensiv qar yağacaq, şaxta olacaq
15 Yanvar 2020 Pensiyaçılara ŞAD XƏBƏR: Yanvar ayının ödənişləri bu gün veriləcək