b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_feft.jpg

"Mənə bu yaxınlarda məlumat verildi ki, Ermənistanın baş naziri Azərbaycana yeddi şərt irəli sürüb. Hesab edirəm, ağlı başında olan hər bir adam açıq-aydın görə bilər ki, bu şərtlərin heç biri qəbuledilən deyil".

Missiya.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında çıxış edərkən deyib:

"Bu şərtlərdən biri odur ki, Azərbaycan qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparsın. Bu, mümkün deyil. Biz bunu dəfələrlə bildirmişik. Çünki “Dağlıq Qarabağ respublikası” yoxdur. Belə bir “respublikanı” heç kim tanımır. Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı. Bax, mən deyirəm, Ermənistan hakimiyyəti, tanıyın onu. Bu gün tanıyın, tanımırsınızsa, deməli qorxursunuz. Gedin, ağlınızı başınıza yığın! Quldur, kriminal rejimlə heç bir danışıqlar aparılmayacaq. Ona görə, bəri başdan onlar bilməlidirlər ki, bu, tamamilə qəbuledilməzdir.

Digər şərtlər də buna bənzər şərtlərdir. Qəbuledilməz şərtlər irəli sürməklə Ermənistan faktiki olaraq danışıqlar prosesini məhv edir və danışıqlar formatını dəyişdirmək istəyir. Çünki danışıqlar Azərbaycanla Ermənistan arasında aparılır. Bu, Minsk qrupunun və onun həmsədrlərinin açıq mövqeyidir.

Dəfələrlə bu mövqe onlara çatdırılıb, həm rəsmi qaydada, həm də bağlı qapılar arxasında. Amma bunların hikkəsinə baxın, yenə də bu şərti irəli sürürlər ki, Azərbaycan dırnaqarası “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparmalıdır. “Dağlıq Qarabağ respublikası” yoxdur. Qoy, erməni xalqı özünü aldatmasın. Biz bütün qalan şərtləri də rədd edirik, o kağızı da zibil vedrəsinə atırıq. Ancaq erməni xalqı yaxşı düşünsün, yaxşı fikirləşsin. Əgər onlar bundan sonra da cinayətkarların girovu kimi yaşamaq istəyirlərsə, onda indiki hakimiyyətin ağılsız və təhlükəli addımlarına göz yumsunlar. Erməni xalqı 1998-2018-ci illərdə Ermənistanda cinayətkar, kriminal rejimin girovu idi. İndi isə Soros rejiminin girovudur".


03 Dekabr 2020 NATO Rusiyanın regionda hərbi aktivliyindən narahatdır - İTTİHAM
03 Dekabr 2020 Zakir Həsənov Rusiya sülhməramlı qüvvələrinin komandanı ilə görüşüb
03 Dekabr 2020 Çavuşoğludan Pompeoya sərt reaksiya
02 Dekabr 2020 Sergey Lavrov və Ceyhun Bayramov arasında telefon danışığı
02 Dekabr 2020 Beynəlxalq Türk Akademiyasının prezidenti İlham Əliyevi təbrik edib
02 Dekabr 2020 Çavuşoğludan Pompeoya sərt cavab: “ABŞ və Fransa Ermənistana dəstək verdi”
02 Dekabr 2020 Ceyhun Bayramov Əfqanıstanın ölkəmizə yeni təyin olunmuş səfiri ilə görüşüb - FOTO
02 Dekabr 2020 İranın nüvə alimi kosmosdan vurulub - İDDİA
30 Noyabr 2020 PA-nın şöbə müdiri: "AXCP və “Milli Şura” inadla siyasi dialoqdan yayınıb"
30 Noyabr 2020 Sülhməramlılar Xankəndidə hərbi xəstəxana qurdular - Video
29 Noyabr 2020 Rusiyadan Xankəndiyə 60-dan çox hərbi həkim gəldi - VİDEO
27 Noyabr 2020 Rusiya XİN-dən Qarabağ və Türkiyə barədə AÇIQLAMA
26 Noyabr 2020 Mövlud Çavuşoğlu və NATO-nun baş katibi Qarabağ münaqişəsini müzakirə ediblər
25 Noyabr 2020 Prezidentin köməkçisindən Fransa Senatının qərəzli qərarı ilə bağlı AÇIQLAMA
25 Noyabr 2020 Fransa Senatının qərəzli mövqeyi - VİDEO
24 Noyabr 2020 Sədaqət Vəliyeva: Beynəlxalq hüquq əsirlərimizin talehi ilə bağlı məsələdə ciddi sınağa çəkilir
23 Noyabr 2020 Səfirdən maraqlı paylaşım: Heydər Əliyev Vaqif məqbərəsinə görə Koçaryanı quldurbaşı adlandırmışdı - FOTO
23 Noyabr 2020 Almaniya hərbçiləri Türkiyənin humanitar yük aparan gəmisinə hücum ediblər
23 Noyabr 2020 Norveç Rusiyadakı Baş Konsulluğunu bağlayıb
23 Noyabr 2020 Azərbaycan beynəlxalq reytinqlərdə irəliləməsi təcrübəsini bölüşəcək