b_550_325_16777215_00_images_xeber_sekilleri_22iyun2020_arif_mmmdov.jpg

Son günlər Azərbaycan və Ermənistan sərhədində baş verən hadisələr dünyanın xəbər gündəmini alt-üst etdi. Hər yerdə baş xəbərə çevrilən bu hadisələrdə erməni yalanı yenə də ayaq tutdu, amma yeriyə bilmədi.

Təəssüflə qeyd etməliyik ki, onlar istinad üçün satqınlar tapdılar. Bu dəfə bu istinad yeri adımıza ləkə olan, Azərbaycan xalqının üz qarası, zamanında Azərbaycanın çörəyini yeyib harınlamış, ermənidən heç bir fərqi olmayan Arif Məmmədovdur.

Bəli, adı Arif olsa da, Aşotlardan fərqlənməyən vətən xaini bu gün yalan çıxışları ilə bütün dünyanı Aşotların yalanına inanmağa çağırır.

Diqqəti sərhəddə baş verənlərə yönəltməkdir məqsəd.

“Bu gün məlumat daxil olub ki, xüsusi təyinatlılar Əliyevlər rejimi ilə mübarizə aparan qüvvələri ovlayır. Bu siyahıda mənim də adım var”.

Əslində, o, bu sözləri ilə özünü ifşa edir. Gəlin, əvvəlcə Arif Məmmədovun kim olduğuna baxaq.

56 yaşlı ağçaqqal millətə ağsaqqal ola bilmədi. Dövlət, xalq ona etimad göstərib, ona öz adından danışmaq səlahiyyəti verəndə o, sən demə, öz çirkin niyyətini qəlbində böyüdürmüş. 2013-cü ilin iyun ayından Brüsseldə İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında nümayəndəliyinin rəhbəri kimi çalışan bu xain vəzifəsindən sui-istifadə edərək, dövlətə külli miqdarda ziyan vurmaqda, büdcə vəsaitlərinin qanunsuz xərclənməsi ilə beynəlxalq axtarışa verilir.

Kim bilir, bəlkə də, elə o vaxtdan bu üz qarası səfir Azərbaycanın vəsaitini ermənilərin məqsədlərinə xərcləyib. Vəzifədən kənarlaşdırıldıqdan sonra Belçika Krallığından siyasi sığınacaq alan Məmmədov hələ də ifşa olunduğunu həzm edə bilmir. Azərbaycan çörəyi ilə böyüyən, bu vətənin havasını udub, suyunu içən və vətənini, xalqını düşmən kimi düşmən olmağı belə bacarmayan ermənilərə satan, sapı özümüzdən, qanı başqasından olan, çörəyi dizinin üstündə Məmmədovun niyyəti aşkardır.

Azərbaycandan kənarda yaşayan, amma öz xalqının, millətinin şəhidinə sahib çıxmaq, səngərdəki əsgərlərinin yanında olduğunu hiss etdirmək məqsədilə şəxsən öz təşəbbüsləri ilə təşkil etdikləri aksiyanı ləkələmək istəyən bu tip xainə nə ad vermək olar?

Əslində, Məmmədov özünü elə bu yalanı ilə ifşa etdi. Bu gün yalanları ilə ermənilərə yardım etməyə çalışan Məmmədov Xocalıda ermənilərin törətdiyi qətliamları, soyqırımını nə tez unutdu? Brüsseldə Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri kimi çalışanda, niyə dünyaya Mart hadisələri, Quba soyqırımı, Sumqayıt hadisələri, Xocalı soyqırımını hayqırıb, səsimizi eşitdirmirdi. Bəlkə, elə o vaxtdan satılmışdı bu xain?!

Hər şey aşkardır. Məqsəddə, niyyətdə...

Biz bu xainə veriləcək adı sizin ixtiyarınıza buraxırıq.

Çaqqallar ovlanmır, Arif Məmmədov!



10 Avqust 2020 Prezident İlham Əliyev açılışda - FOTO
08 Avqust 2020 İşğal olunmuş ərazilərə erməni əsilli livanlıların köçürülməsi haqqında məlumatlarla bağlı AÇIQLAMA
08 Avqust 2020 Baş nazirdən magistratura və rezidentura ilə bağlı QƏRAR
08 Avqust 2020 İriçaplı pulemyotlar işə düşdü - Atəşkəs yenidən pozuldu
07 Avqust 2020 Türkiyə-Azərbaycan hərbi təlimlərinin yeni görüntüləri - VİDEO
07 Avqust 2020 Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
06 Avqust 2020 Prezident Tovuza dəyən ziyanla bağlı 1 milyon ayırdı
06 Avqust 2020 Prezident “AzerGold”a üç milyon manat vəsait ayırdı - SƏRƏNCAM
05 Avqust 2020 Azərbaycan Livana bir milyon dollar yardım edəcək
05 Avqust 2020 Əli Əsədovdən peşə təhsili ilə bağlı VACİB QƏRAR
05 Avqust 2020 Azərbaycan Livana maliyyə yardımı göstərəcək
04 Avqust 2020 Dövlət pandemiya ilə bağlı pul verəcək - Yeni iqtisadi paket hazırlanır
04 Avqust 2020 Tramp karantin tədbirlərinə qarşı olduğunu açıqladı: "Zərəri xeyirindən çoxdur"
03 Avqust 2020 Ermənistanın Azərbaycanla sərhəd bölgəsində partlayış baş verib
03 Avqust 2020 DİN Fuad Qəhrəmanlı ilə bağlı iddialara münasibət bildirdi
03 Avqust 2020 Ermənistanla Faşist Almaniyası arasında oxşarlıqlar nədir?
01 Avqust 2020 Hikmət Hacıyev: Ermənistanın Azərbaycanla sərhəddəki təxribatı tam fiaskoya uğradı
01 Avqust 2020 Müdafiə Nazirliyi: Azərbaycan Ordusu düşmən müdafiəsinin dərinliyindəki seçilmiş hərbi obyektlərə zərbə endirmək iqtidarındadır
31 İyul 2020 Milli Məclisin növbədənkənar sessiyası çağırıldı - SƏRƏNCAM
30 İyul 2020 “Ermənistanın hünəri varsa, tanısın “Dağlıq Qarabağ respublikası”nı”