AZ   |   RU
ABŞ-də Tramp tərəfdarı olan erməni əsilli qadın həbs edildi

Erməni əsilli iranlı Arpinə Məsihi Kaliforniyada federal miqrasiya əməkdaşları tərəfindən saxlanılıb.

Missiya.Az
xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.


Qeyd edilib ki, 1980-ci illərdə ailəsi ilə birlikdə İrandan ABŞ-yə qaçqın kimi gəlmiş Məsihi 2008-ci ildə oğurluq ittihamı ilə məhkum olunub, bu səbəbdən onun yaşıl kartı ləğv edilib.


Trampın sadiq tərəfdarı olan və Kaliforniyada yaşayan Məsihi həmin məhkumluğa görə yenidən Miqrasiya İdarəsinin nəzarətinə alınıb. Onun həyat yoldaşı Artur Səhakiyan Trampa dəstəyini davam etdirib və ABŞ-də sərt immiqrasiya yoxlamalarını dəstəklədiyini bildirib.



Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 11:03