AZ   |   RU
Tramp iyulun 14-də Rusiya ilə bağlı mühüm açıqlama verəcəyini bildirib

ABŞ Prezidenti Donald Tramp Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə ilə bağlı mühüm açıqlama verəcəyini bildirib.


Missiya.Az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.


"Rusiyadan məyus oldum, amma yaxın bir neçə həftə ərzində nə olacağını görəcəyik. Düşünürəm ki, iyulun 14-də Rusiya ilə bağlı mühüm açıqlama verəcəyəm", - deyə siyasətçi vurğulayıb.


Amerika lideri Rusiya haqqında nə deyəcəyi ilə bağlı təfərrüatı açıqlamayıb.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 09:52