AZ   |   RU
İsrail ərəb ölkələri ilə sülh sazişi imzalayacaq - Netanyahu açıqladı

İsrailin baş naziri Benyamin Netanyahu ümid edir ki, yəhudi dövləti tezliklə bir sıra ərəb ölkələri ilə sülh sazişləri imzalayacaq. 

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, o, bu barədə “Newsmax” telekanalına müsahibəsində bildirib.

Siyasətçi qeyd edib ki, İrana qarşı hərbi əməliyyatla əlaqədar Təl-Əvivin ərəb qonşuları “rahat nəfəs alıblar”. Bu ölkələrin bəziləri ilə artıq sülh bağlanıb, bəziləri ilə isə tezliklə müqavilələrin imzalanması gözlənilir.

İsrail baş nazirinin sözlərinə görə, İran İslam Respublikası bir neçə ay ərzində atom bombası yarada bilərdi. Netanyahu vurğulayıb ki, İsrailin zərbələri nəticəsində Tehranın nüvə proqramı “bir neçə il” geri çəkilib.


Elcan

Missiya.Az




  • Bu gün, 07:27