AZ   |   RU
Qəzzada İsrail ordusunun daha bir hərbçisi öldürülüb

Qəzza zolağının cənubunda gedən döyüşlər zamanı İsrail ordusunun daha bir hərbçisi həlak olub.


Missiya.Az “The Times of Isarel”ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.


Bildirilib ki, öldürülən hərbçi 21 yaşlı Reei Birandır.


Məlumata görə, Biran Qəzza zolağının cənubunda yerləşən Xan Yunisdə binaya yerləşdirilmiş bombanın partlaması nəticəsində həlak olub.

 

 

Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:17